Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Kərim Ələsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlııq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Nəsimi rayonu, R.Behbudov küçəsi 130 ünvanında qeydə alınıb. K.Ələsgərov idarə etdiyi avtomobillə Hümbət Tanrıverdiyevi vurub. Sürücü piyadanı xəstəxanaya çatdırıb. H.Tanrıverdiyev xəstəxanada ölüb. Sürücü barədə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
