Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib.
E-huquq.az-ın məlumatına görə, "Lokomotiv" MMC Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək şirkətə qarşı alqı-satqı müqaviləsi üzrə tələb irəli sürüb.
İddia hakim Həlimə Alıyevanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə
