Məzmuna keç

Yasamal Rayon Məhkəməsi məlumat yaydı

2023-cü ilin 3 ayı ərzində Yasamal Rayon Məhkəməsinin icraatına 116 cinayət işi daxil olub. Onlardan 108-i cinayət işi üzrə icraat materialı olub.

E-huquq.az xəbər verir ki, bu barədə məhkəməninin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, inzibati xətalara dair işlər üzrə məhkəmənin icraatına 1606 iş daxil olub. Onlardan 1466 iş üzrə yekun məhkəmə aktı çıxarılıb, digərləri icraatdadır.

Bundan başqa, 247 prosessual məcburiyyət tədbirinin tətbiqi və 282 əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə təqdimat məhkəməyə daxil olub. Məhkəmənin icraatına daxil olmuş prosessual məcburiyyət tədbirlərinin tətbiqi üzrə təqdimatlardan 106-ı həbs qətimkan tədbirinin seçilməsi, 117-i həbsdə saxlama müddətinin uzadılması, 16-ı həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, 1-i həbs qətimkan tədbirinin girovla əvəz olunması,3-ü şəxsin cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və 2-i qətimkan tədbirinin dəyişdirilməsi olmuşdur. Baxılan təqdimatların 22-i rədd edilmiş, 197-i təmin edilmiş, 26-ı qismən təmin edilmiş və 2-i geri qaytarılıb.

Məhkəmənin icraatına 1332 mülki iş daxil olub, onlardan 402 iş sadələşdirilmiş icraat qaydasında, 77-i xüsusi icraat qaydasında, 2-i əmr icraatı qaydasında, 851-i iddia icraatı qaydasında verilib.

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində I rüb ərzində 127 cinayət işinə baxılaraq yekun verilib, 114 cinayət işi üzrə ittihamedici hökm çıxarılıb.

Bundan başqa, 1273 mülki işə mahiyyəti üzrə baxılıb və 1033 iş üzrə qətnamə çıxarılıb. Onlardan 912-i təmin edilmişdir. 354 iş üzrə yekun məhkəmə aktı sayılan qərardad çıxarılıb.