Məzmuna keç

Piyadanın ölümündə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Amid Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplnanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 24-də Gədəbəy rayonunun Maarif kəndi ərazisində baş verib. Rayon sakini Amid Qurbanov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən Vahid Qasımovu vurub və nəticədə piyada hadisə yerində ölüb. A.Qurbanova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Eltac Nurullazadə