Məzmuna keç

Bakı Nəqliyyat Agentliyi cərimələndi

Dövlət Gömrük Komitəsi Bakı Nəqliyyat Agentliyinə cərimə yazıb.

E-huquq.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi BNA barədə İnzibati Xətalar Məcəlləsinin 497-ci (malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edib.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Protokol təstiq olunarsa, Bakı Nəqliyyat Agentliyi inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilə bilər.

Eltac Nurullazadə