Məzmuna keç

“Novo Pharm” barədə protokol tərtib olundu

"Novo Pharm" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Novo Pharm" üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.

Eltac Nurullazadə