Məzmuna keç

Məşhur mağazalar şəbəkəsi cərimələndi

“Al Market” MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, “Al Market” barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Sumqayıt Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, Al Market” üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.

Eltac Nurullazadə