Dövlət Gömrük Komitəsində yeni təyinat olub.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, Komitənin sədri Şahin Bağırovun əmri ilə Faiq Nadirov Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin rəisi təyin olunub.
Qeyd edək ki, F.Nadirov 1997-ci ildən prokurorluq orqanlarında fəaliyyət göstərən peşəkar istintaqçılardan biri olub. O, əsasən 2001-2004-cü illərdə Bakı, Gəncə və Rusiya Federasiyasının müxtəlif şəhərlərində sabit silahlı qrup (banda) tərəfindən törədilmiş və 14 nəfərin öldürülməsilə nəticələnən bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılmasının, habelə qeyri-aşkar şəraitdə törədilmiş digər bu kimi səsli-küylü cinayət işlərinin istintaqının aparılması ilə yadda qalıb. Son təyinatına kimi F.Nadirov Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsində çalışırdı.
Eltac Nurullazadə
