Məzmuna keç

İş yoldaşını bıçaqlamaqda ittiham olunan şəxsin məhkəməsi başlayır

Abşeron rayonunda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Samir Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsin göndəriıib.

İş hakim Fəhmin Hümbətovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 13-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 3-də rayonun Aşağı Güzdək qəsəbəsində qeydə alınıb. Belə ki, Samir Məmməd oğlu Cəfərov ilə iş yoldaşı Ruslan Əlisultan oğlu Həsənov aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə S.Cəfərov üzərində olan bıçaqla R.Həsənovu vuraraq ona xəsarət yetirib. S.Cəfərova qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Eltac Nurullazadə