Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
E-huquq.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sosial media hesabında paylaşım edib.
"Təşəkkür edirəm, Əziz Qardaşım. Amin! TOGG Sizin liderliyiniz altında qardaş Türkiyənin elmi-sənaye potensialının inkişafının daha bir bariz nümunəsidir", – paylaşımda deyilir.
Qeyd edək ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.
