Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Loqman Hacəhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıbş.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilib.
Hakim Sərxan Səmədzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, dekabrın 25-i, saat 19:00 radələrində Armudpadar kəndi ərazisində baş verib. “Hyundai” markalı avtomobili idarə edən L.Hacəhmədov yolu keçən Arif Vəlibəyovu vurub. Piyada yerindəcə dünyasını dəyişib, sürücü isə qəza yerindən qaçıb. L.Hacəhmədova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Eltac Nurullazadə
