Məzmuna keç

Azərbaycan Beynəlxalq Bankı barədə protokol tərtib olundu

"Azərbaycan Beynəlxalq Bankı" ASC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, bank barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Göygöl rayon Məhkəməsində hakim Əyyub Kərimovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, Azərbaycan Beynəlxalq Bankı üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə