Məzmuna keç

Rəşad Dağlının məhkəməsinin vaxtı məlum oldu

Qəsdən adam öldürməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq iş üzrə hazırlıq iclası aprelin 17-ə təyin edilib.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu – 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevi bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilir.

Eltac Nurullazadə