"Xudafərin-1" MMC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, MMC barədə Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsnin 485.2-ci ( Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Xudafərin-1" MMC min beş yüz manat məbləğində cərimə edilə bilər.
Eltac Nurullazadə
