Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, qurum barədə Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci ( Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsində hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, Dövlət Energetika Xidməti min beş yüz manat məbləğində cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə
