Məzmuna keç

“Əşrəfoğlu” şirkəti reklam haqqında qanunvericiliyi pozduğuna görə cərimələndi

"Əşrəfoğlu" istehsalat şirkətinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş hakim hakim Aygün Qurbanovanın sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunsa, şirkət beş min manatdan on min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə