Məzmuna keç

Son 3 ay ərzində “Azəriqaz”a daxil olan müraciətlərin sayı açıqlandı

2023-cü ilin 3 ayı ərzində "Azəriqaz" İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinə ümumilikdə 3442 müraciət daxil olub.

E-huquq.az xəbər verir ki, bunu şöbənin rəisi İbrahim Kərbalayev "Açıq qapı" aksiyasında deyib.

Onun sözlərinə görə, 1601 müraciət "Opentext" proqramı vasitəsilə, 1841 müraciət isə elektron formada daxil olub.

İ.Kərbalayev bildirib ki, "Opentext" proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 107 müraciət az olub.

"Müraciətlər əsasən, təbii qaza görə yaranmış borcun araşdırılması, kənd və qasəbələrin qazlaşdırılması, sayğacın quraşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub. Daxil olan müraciətlərin 1692-i artıq icra olunub. 190 müraciətlə bağlı işlər davam etdirilir", – deyə şöbə rəisi qeyd edib.

Lalə Salmanova