“Referans Pharmaceutıcals” MMC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, MMC barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci ( Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, “Referans Pharmaceutıcals” min beş yüz manat məbləğində cərimə edilə bilər.
Eltac Nurullazadə
