Məzmuna keç

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşdı

Kürdəmir sakinlərindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Aydın Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Xamməd Nuriyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, A.Məmmədov sosial şəbəkələrdə vətəndaşlara qarşı hədə-qorxu gələrək, barələrində sosial şəbəkələrdə rüsvayedici məlumatlar paylaşmamaq üçün onlardan pul almaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Eltac Nurullazadə