Bakıda metroda oğurluq etməkdə təqsirləndirilən Vidadi Bəkirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Hakim Babək Pənahovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, əvvəllər oğurluq və soyğunçuluğa görə məhkum olunmuş Vidadi Bəkirov müxtəlif vaxtlarda metro stansiyalarında 4 sərnişinin mobil telefonlarını oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Eltac Nurullazadə
