Aprel ayının 10-da Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı Ayxan Rüstəmzadə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyevin dəvəti ilə fakültədə olub.
E-huquq.az-ın məlumatına görə, Z.Əliyev fakültənin fəaliyyəti ilə bağlı qonağa ətraflı məlumat verib, fakültələr arasında əməkdaşlıq əlaqələrinin inkişafı, həmçinin birgə tədbirlərin keçirilməsi və bununla əlaqədar digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb. Daha sonra Ayxan Rüstəmzadə Hüquq fakültəsinin bir sıra kafedralarında olub, onların fəaliyyəti ilə yaxından tanış olub.
Hər iki fakültənin inkişafının bütövlükdə hüquq elminin və təhsilinin inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanıb və fakültələrarası əməkdaşlığın intensivləşdirilməsi barədə razılıq əldə olunub.
