Məzmuna keç

“Bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir” –

Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi yaradılacaq.

E-huquq.az xəbər verir ki, bu təşəbbüslə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edib.

Azərbaycan Prezidenti İlham Əliyev isə bu təşəbbüsə görə həmkarına təşəkkürünü bildirib: “Bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Xüsusən indi – biz 30 illik işğaldan sonra 10 min kvadratkilometrdən artıq ərazinin praktiki olaraq sıfırdan başlayaraq bərpa etməli olduğumuz vaxtda”.