Məzmuna keç

Anar Bağırov: “İnam Kərimovun Ali Məhkəməyə sədr təyin olunması ilə məhkəmələrin fəaliyyəti daha da təkmilləşəcək”

"İnam Kərimovun Ali Məhkəməyə sədr təyin olunması ilə Azərbaycanda məhkəmə orqanlarının fəaliyyəti daha da təkmilləşəcək".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

“İnam müəllim xaricdə təhsil almış, uzun illər hüquq sahəsində çalışan təcrübəli və savadlı şəxsdir. O, həmçinin müasir düşüncəyə malik, qətiyyətli və prinsipial rəhbərdir. Əminəm ki, onun gəlişi ilə məhkəmə-hüquq sahəsində aparılan islahatlar daha səmərəli şəkildə davam edəcək və cəmiyyətin məhkəmə sisteminə olan inamı artacaq", – deyə sədr qeyd edib.

Eltac Nurullazadə