Məzmuna keç

İnşaat şirkəti barədə protokol tərtib olundu

"Real-İnşaat" şirkətinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Göyçay Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Real-İnşaat" iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.

Eltac Nurullazadə