Məzmuna keç

Taksi sürücüsünün telefonlarını oğurlayan şəxs hakim qarşısına çıxarılır

Oğurluq etməkdə təqsirləndirilən Əfruz Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Hakim Anar Pənahovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, taksi fəaliyyəti ilə məşğul olan K.Zərbiyev Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək sərnişin kimi rayona gətirdiyi naməlum şəxsin oteldə onun diqqətinin yayınmasından istifadə edərək ümumi dəyəri 1710 manat olan 2 ədəd telefonu oğurladığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Masallı rayon sakini Əfruz Əliyev 3 ay sonra müəyyən edilərək saxlanılıb. Əməliyyat tədbirləri nəticəsində Ə.Əliyevin Lənkəran rayonu ərazisində yerləşən 3 yaşayış evindən ümumilikdə 10 min 330 manat dəyərində pul və qızıl zinət-əşyaları oğurladığı müəyyən edilib. Bundan əlavə, həmin şəxsin Bakı şəhəri ərazisində də çoxsaylı oğurluqlar etdiyi məlum olub. Ə.Əliyevə qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Eltac Nurullazadə