Məzmuna keç

“Ailə Klinikası”na cərimə yazıldı

"Ailə Klinikası"na cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, klinika barədə aidiyyəti orqan tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Ağstafa Rayon Məhkəməsində hakim Natiq Abbasovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Ailə Klinikası" üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Eltac Nurullazadə