Məzmuna keç

Bələdiyyələrə vergilərdən daxilolmalar 43 faiz artıb

"Son iki ildə ümumi yerli büdcə gəlirləri 2020-ci illə müqayisədə 3,1 dəfə, yəni 12,4 milyon manat artıb. Bu da təxminən 35 faiz artım deməkdir".

E-huquq.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Elmin Həsənov "Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda konfransda çıxış edərkən deyib.

O bildirib ki, yerli vergilərdən daxilolmalar isə 43 faiz, təxminən 6 milyon manat artıb.

"Həmçinin ötən ilin yerli büdcə gəlirləri 2014-cü ildən sonra ən yüksək məbləğdə olub. Büdcə gəlirləri ötən illə təxminən eyni səviyyədə olub. 2013-2014-cü illərdə ümumi büdcə gəlirlərinin 50 faizə yaxın hissəsini torpaq satışından əldə olunan vəsait təşkil edirdisə, 2022-ci ildə isə büdcənin əsaslı artımında vergi gəlirləri üstünlük təşkil edib. Torpaq satışından daxilolmalar 2,5 dəfə azalıb", – deyə E.Həsənov qeyd edib.

Eltac Nurullazadə