Məzmuna keç

“Arkoz İnşaat Şirkəti” cərimələnə bilər

“Arkoz İnşaat Şirkəti”nə cərimə yazılıb.

E-huquq.az-ın məlumatıına görə, şirkət barədə Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsində hakim Gülsüm Əliyevanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, “Arkoz İnşaat Şirkəti” inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə ediləcək.

Eltac Nurullazadə