Məzmuna keç

Çavuşoğlu: “Azərbaycanla birlikdə Avropa ölkələrinə enerji tədarükünə kömək edəcəyik”

"Biz Azərbaycanla birlikdə Bolqarıstana və Cənub-Şərqi Avropa ölkələrinə enerji tədarükünə kömək etməyə çalışırıq".

E-huquq.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Biz dost və müttəfiq ölkələrə TANAP boru kəmərinin gücünü artırmaqla kömək edəcəyik və birlikdə işləyirik", – nazir qeyd edib.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da TANAP-dan qazın Macarıstana çatdırılmasına Azərbaycanla birgə dəstək verməyə hazır olduqlarını demişdi.

Xatırladaq ki, TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. İndiyə kimi Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) Qaz Boru Kəmərləri vasitəsilə Türkiyə və Avropaya 43 milyard kubmetrə yaxın qaz tədarük edilib.