Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən elə uşaq bağçaları var ki, 300-ə yaxın valideyn növbə gözləyir.
E-huquq.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
O qeyd edib ki, qeydiyyatdan keçib gəlməyən uşaqların bağçadan xaric olunması prosedurunun işlənilməsi nəzərdə tutulur.
“Bunun üçün normativ sənədlərə düzəliş ediləcək. Növbədə dayanan valideynlərin uşaqları bağçaya yerləşdirə bilməsi üçün şərait yaradılmalıdır”,- deyə E.Əliyev əlavə edib.
