Heydər Əliyev İli çərçivəsində cari ilin aprel ayının 11-də Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev və multikulturalizm” adlı tədbir keçirilib.
E-huquq.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin memarı və hüquqi islahatların banisi olduğunu nəzərə çatdıraraq Ulu öndərin quruculuq və xilaskarlıq missiyası haqqında ətraflı məlumat verib.
Sonra tələbələr qarşısında çıxış edən Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin icraçı direktoru Rəvan Həsənov multikulturalizmin əsasları, multikulturalizmin Azərbaycan modeli, ümummilli lider Heydər Əliyevin bu sahədə həyata keçirdiyi çoxşaxəli fəaliyyət, o cümlədən, bu gün bu ideyanın cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və bu sahədə həyata keçirilən dövlət siyasəti haqqında ətraflı məlumat verib.
Tədbirin sonunda Rəvan Həsənov tələbələrin çoxsaylı suallarını ətraflı cavablandırıb.
