Məzmuna keç

Sarayevoda Prezident İlham Əliyevin şərəfinə rəsmi nahar verildi

Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Bosniya və Herseqovinanın Rəyasət Heyəti tərəfindən rəsmi nahar verilib.

E-huquq.az xəbər verir ki, nahardan sonra Prezident İlham Əliyevə xizək hədiyyə edilib.

Bildirilib ki, tamamilə əl işi olan bu xizəyin orijinalını 1984-cü ildə Sarayevoda keçirilmiş Qış Olimpiya Oyunları zamanı bosniya və herseqovinalı idmançı istifadə edib. Bu hədiyyə məxsusi olaraq Prezident İlham Əliyev üçün hazırlanıb.