"Ermənistan əsassız bəyanatlar vermək əvəzinə sülh sazişi üzrə danışıqlara qayıtmalı, açıq ünsiyyət qurmalı, üçtərəfli bəyanatda yer alan öhdəliklərə əməl etməlidir".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.
O bildirib ki, Ermənistan hərbi qüvvələrini Azərbaycan ərazisindən çıxarmalı və təxribatçı addımlar atmamalıdır.
