Məzmuna keç

“Mover” cərimələndi

"Mover" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Mover" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə