SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbər heyətinin təşəbbüsü ilə ərsəyə gələn “Başdan ayağa” aksiyası paytaxtla yanaşı artıq bölgələri də əhatə edir.
E-huquq.az xəbər verir ki, Birliyin Ağsu Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri İdarənin qəza xidmətinin əməkdaşlarına dəstək olmaq məqsədi ilə abonent tərəfindən daxil olan müraciətin birinin icrasını öz üzərinə götürüblər.
