"Sosial Xidmətlər Agentliyi" Publik Hüquqi Şəxsi Agentliyin Aparatı üçün xidməti avtomobilin satın alınması tenderinə yekun vurub.
E-huquq.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Subaru Azərbaycan" MMC olub.
Məlumata görə, qalib şirkətə 68.600 manat ödəniləcək.
Şəbnəm Mehdizadə
