Məzmuna keç

BNA-nın 27 min manatlıq tenderinə yekun vuruldu

Bakı Nəqliyyat Agentliyi Publik Hüquqi Şəxsin 2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi və maliyyə hesablarına audit rəyinin verilməsi ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Professional Financial Experts" MMC olub.

Məlumata görə, qalib şirkətə 27 min manat ödəniləcək.

Şəbnəm Mehdizadə