Məzmuna keç

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib –

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

E-huquq.az xəbər verir ki, aksiyada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, nazirliyin rəsmiləri və media nümayəndələri iştirak ediblər.

Aksiyası çərçivəsində Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.