Fransanın Azərbaycandakı Səfirliyi Tərtərdə mülki şəxslərin ölümü ilə nəticələnən mina partlayışı ilə bağlı bəyanat yayıb.
E-huquq.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Ann Buayon tviterdəki hesabında yazıb.
“Mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Fransa Azərbaycanda minaların təmizlənməsinə dəstəyini davam etdirir”.
