Məzmuna keç

Azərbaycanla Türkiyə arasında “Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol” imzalandı –

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol”u imzaladıq.

E-huquq.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində paylaşım edib.

"Sənədin icrası qardaş ölkə ilə ticarət dövriyyəsinin artırılması istiqamətində hədəflərin gerçəkləşməsinə növbəti töhfə olacaq", – paylaşımda deyilir.