"Aprelin 29-u guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik".
Bu barədə e-huquq.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
"Bu Ermənistanın növbəti dezinformasiyadır. Görünən odur ki, Ermənistan ordusunda şəxsi heyət arasında nizam-intizam və hərbi nizamnamədənkənar münasibətlər ciddi problem olaraq qalmaqdadır", – nazirlikdən əlavə edilib.
