Məzmuna keç

“E-huquq.az”ın 4 yaşı tamam olur

Bu gün e-huquq.az saytının fəaliyyətə başlamasından 4 il ötür.

E-huquq.az 2019-cu il 1 may tarixində fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

Saytın əsas məqsədi məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətinin işıqlandırılması, vətəndaşların hüquqi biliklərinin artırılması istiqamətində məqalə, reportaj və müsahibələrin dərc edilməsi, Azərbaycanda və dünyada baş verən mühüm hüquqi, siyasi və digər xəbərlərin oxuculara təqdim edilməsindən ibarətdir.

Portal Azərbaycan, rus və ingilis dillərində informasiya xidməti göstərir.

E-huquq.az 2 mart 2023-cü il tarixində Media Reyestrində qeydiyyatdan keçib.