Məzmuna keç

Enerji Məsələlərini Tənzimləmə Agentliyi 170 min manatlıq kompüter və rabitə avadanlıqları alır

"Enerji Məsələlərini Tənzimləmə Agentliyi" Publik Hüquqi Şəxsin kompüter, rabitə avadanlıqları və lisenziyalarının satın alınması ilə bağlı elan etdiyi tenderin nəticələri açıqlanıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi " "İnfinitech" MMC olub.

Məlumata görə, tenderin qalibinə 169.949,5 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə