Məzmuna keç

Göygöldə “Səyyar qəbul otağı” quruldu –

SOCAR “Azəriqaz” İstehsalat Binin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası Göygöl rayonunda baş tutub.

E-huquq.az xəbər verir ki, “Səyyar qəbul otağı”nda ümumilikdə 6 müraciət ünvanlanıb.

Müraciətlərin qeydə alındığı siyahıda fərdi yaşayış evinin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi və debitor borcun ödənilməsində köməkliyin göstərilməsi kimi istəklər yer alıb.

Gəncə RQİİ-nin rəhbər şəxsləri səsləndirilən problem və təkliflər barədə aksiya iştirakçılarına ətraflı məlumat veriblər. Daha sonra bəzi müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.