Məzmuna keç

Türkiyə vətəndaşlarının Azərbaycanda səs verə bilməsi üçün 15 seçki qutusu qurulacaq

Türkiyə vətəndaşlarının Azərbaycanda səs verə bilməsi üçün 15 seçki qutusu qurulacaq.

E-huquq.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

"Bildiyiniz kimi Türkiyədən xaricdə yaşayan vətəndaşlarımızın prezident və parlament seçkilərində səsvermə prosesi başlayıb. YSK-nın qərarına əsasən Bakıda 9, Gəncədə 3, Naxçıvanda da 3 ədəd olmaqla cəmi 15 seçki qutusu quraşdırılıb", – deyə diplomat bildirib.

Səfir qeyd edib ki, Türkiyədən kənarda daimi və ya müvəqqəti yaşayan, səsvermə hüququna malik vətəndaşların səs verə bilməsi üçün bütün hazırlıqlar başa çatıb.

“5 may saat 9:00-21:00 arasında 12 saat ərzində fasiləsiz şəkildə səsvermə keçiriləcək", – səfir qeyd edib.