Məzmuna keç

“Azəriqaz” abonentlərə müraciət etdi

“Qışda evləri isitmək üçün istifadə olunan qaz sobaları yay fəslində evdə lazımsız əşyaya çevrilir. Əksər abonentlər yaz fəslində bu sobaları sökmək istəyir. Lakin o sobanın ventili və qarşısında boru var. Bu işi mütəxəsiss etməlidir”.

E-huquq.az xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən “Açıq qapı’ aksiyasında söyləyib

“Qaz sobalarını özbaşına sökmək tövsiyə edilmir. Bunun üçün vətəndaş ərazi üzrə "Azəriqaz" əməkdaşlarına müraciət etməlidir. Çünki mütəxəssis bilir ki, o borunu necə bağlamaq lazımdır. Əks halda kiçik bir səhv böyük partlayışa səbəb olur. Ötən illərdə belə hallara çox rast gəlinib. Vətəndşalardan xahiş edirik ki, qaz cihazını özbaşına sökməsinlər", – deyə o bildirib.

Şəbnəm Mehdizadə