Məzmuna keç

“Azəriqaz”: Artıq heç kim sayğaca müdaxilə edə bilməyəcək

“Bir müddət əvvəl "Azəriqaz" İstehsalat Birliyi ilə Gəncə Cihazqayırma zavodu arasında sayğaclarla bağlı memorandum imzalanıb. Bu memoranduma əsasən smart sayğaclar həmin zavodda Almaniyanın nüfuzlu şirkəti ilə müştərək hazırlanacaq. Bu sayğacların bütün hissələrinin orada hazırlanması şərti ilə onların keyfiyyətinə nəzarət etmə mexanizmi olacaq”.

E-huquq.az xəbər verir ki, bu sözləri Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən “Açıq qapı’ aksiyasında söyləyib.

“Artıq heç kim sayğaca müdaxilə edə bilməyəcək. Təmirə ehtiyacı olan sayğacları təkrar xaricə göndərmək yenisini almaqdan baha başa gəlirdi. Lakin həmin sayğacları artıq Gəncə Cihazqayırma zavodunda təmir etmək üçün imkanlarımız olacaq. İndiyə kimi həmin sayğacların 2-3 minə yaxın yerlərdə tətbiqi baş tutub. Hədəfimiz bir istehsaldan olan sayğaclardan istifadədir. Getdikcə smart kart tipli sayğaclar da dövriyədən çıxarılacaq”, – deyə şöbə rəisi əlavə edib.

Şəbnəm Mehdizadə