Məzmuna keç

QHT sədri 1500 manat cərimə edildi

QHT sədri 1500 manat cərimə edildi

"İşgüzar Qadınlar İnkişaf Naminə" İctimai Birliyi (İB) 1500 manat məbləğində cərimə edilib.

E-huquq.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi qurumu İnzibati Xətalar Məcəlləsinin 462-ci (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) maddəsi ilə təqsirli bilib.

Bu qərardan "İşgüzar Qadınlar İnkişaf Naminə" İB-nin sədrinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, Birliyin rəhbəri Sürayə İsmayılovadır.

Mənbə: Report