Dövlət Gömrük Komitəsində (DGK) vahid uçot sistemi qurulur.
E-huquq.az xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfrasında Komitənin sədri Səfər Mehdiyev məlumat verib.
O, həmçinin əlavə edib ki, rəhbərlik etdiyi qurumun informasiya texnologiyaları sistemi də yenidən qurulmaqdadır.
“Bu günə qədər DGK əhaliyə 3 milyona yaxın xidmət göstərir. Bu baxımdan Komitə çox vaxt ilk sırada olur”, – deyə S.Mehdiyev qeyd edib.
Mənbə: Report
