Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə verilmiş Əfv Sərəncamının icrasına Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində başlanılıb.
E-huquq.az xəbər verir ki, müəssisədən 8 nəfər azadlığa buraxılıb. Onlardan bir nəfər Rusiya vətəndaşı, 7 nəfər isə Azərbaycan vətəndaşıdır.
Sərəncama əsasən 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən daha 24 nəfərin cəzası azaldılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
